Bakıda ərzaqlar kəskin bahalaşdı - Qiymətlər

 
Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır
 
Turaninfo.Az-ın baku.ws-ə istinadən məlumatına görə, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçün əksər dükan və mağazalarda da artım müşahidə olunur.
 
Müşahidələrimiz zamanı gördük ki, əksər marketlərdə yağların və kolbasa məhsullarının qiymətində artım var.
 
Kolbasa məhsulları çeşidlərindən asılı olaraq 0,60-1 AZN arasında bahalaşıb. Bahalaşan məhsullar arasında mal əti də var. Sümüksüz mal ətinin 1 kq-ı hazırda 10 manatdır.
 
Dolların uzun müddətdir manat qarşısında bahalaşması dolayı yolla ərzaq məhsullarının qiymətinə də təsir göstərir. ABŞ milli valyutasının ilin sonuna kimi bahalaşacağı proqnozlarını nəzərə alaraq güman etmək olar ki, növbəti aylarda da ərzaq məhsullarının qiymətində bahalaşma davam edəcək.