Bakıda qəza: minik avtomobili sərnişin avtobusu ilə toqquşdu

Bakının Xəzər rayonunda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.
Publika.az xəbər verir ki, Maştağa-Buzovna yolunda “VAZ-2104” markalı avtomobil avtobusla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, səhv manevr nəticəsində baş verən qəza zamanı 107 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişin olmayıb.
Sürücülərin ciddi xəsarət olmadığı bildirilir.
Hadisə yerinə cəlb olunan yol polisi əməkdaşları qəzanın səbəblərini araşdırır. (apa)

Загрузка...
Загрузка...