Bakıda qızına toy edən ata özünü qatarın altına niyə atdı? - Şok təfərrüat

 
Nardaran sakini Əhmədov Nəsir metronun Koroğlu stansiyasında intihara cəhd edib
 
Bu gün səhər 09.20 radələrində Nardaran sakini 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu metronun “Koroğlu” stansiyasında özünü “İçəri şəhər- Həzi Aslanov” reysi üzrə hərəkət edən 13 saylı qatarın altına atıb.
 
Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi xəbərə görə, maşinistin qatarı vaxtında saxlaya bilməsi və N.Əhmədovun reyslərin arasına düşməsi onun sağ qalması ilə nəticələnib. Nəsir Əhmədov yalnız sağ topuğundan zədə alıb.
 
***
 
Bu gün səhər saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasında özünü qatarın altına atan şəxs xəstəxanada müayinə olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, özünü qatarın altına atsa da xoşbəxtlik nəticəsində sağ qalan 65 yaşlı Nəsir Əhmədov Travmotologiya İnstitutuna yerləşdirilib və onun həyatı üçün təhlükənin olmadığı məlum olub.
 
N.Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova lent.az-a açıqlamasında deyib ki, son vaxtlar ailədə ciddi maddi problemlər olub. Əvvəllər gülçülüklə məşğul olan Nəsir Əhmədov xeyli vaxtdır ki, işsizdir: "Hər gün səhər yuxudan duranda bizi də oyadardı. Bu gün dərdli-sərli çıxıb evdən, xəbərimiz olmayıb. Sonradan bildik ki, özünə nə isə edib".
 
Y.Əhmədova əlavə edib ki, bir müddət əvvəl qızlarını gəlin köçürüblər. Həmin vaxtdan onların borcu yaranıb: "Borcumuz əsas mebelə görədir. Neçə vaxtdır zəng edirlər. Heç olmasa 500 manat olsaydı, borcun üstündən verərdik. Bu gün də mənə zəng vurublar ki, gedib qızın evindən yığacaqlar mebelləri. Nəsir də bu dərdə dözə bilmir".
 
Hadisə şahidlər lent.az-a bildiriblər ki, 65 yaşlı kişi özünü qatarın altına atarkən ortadakı boşluğa deyil, relslərin üstünə düşsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Məhz relslərin arasındakı boşluq zolağa düşdüyündən həmin şəxs xilas ola bilib.
 
Hadisə nəticəsində metroda qatarların hərəkətində ləngimələr baş verib. Hazırda həmin qatarların düzgün qrafik üzrə hərəkəti qaydaya salınır.
 
Faktla bağlı araşdırmalar aparılır.

Загрузка...
Загрузка...