Bakıda qız adı götürən 4 oğlan hakim qarşısında - Şok olay

 
Bakıda “KamAZ” sürücüsünü döyməkdə və soyğunçuluqda ittiham olunan 27 yaşlı Nurlan Hacıismayılzadə, 21 yaşlı Adəm Lətifov, 20 yaşlı Taleh Mirzəyev və 20 yaşlı Saleh Sadıxovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
 
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə сinsi azlıqların nümayəndəsi olan 4 nəfər təqasirləndirilən şəxsin apelyasiya şikayəti araşdırılır.
 
İttihama görə, fahişəliklə məşğul olanlar – “Pərvanə” ləqəbli Nurlan Hacımayılzadə, “Aygün” ləqəbli Adəm Lətifov, “Hulya” ləqəbli Saleh Sadıxov və “Banu” ləqəbli Taleh Mirzəyev öncədən planlaşdıraraq Qaradağ rayonundan Gədəbəyə daş aparan yük maşını sürücüsü Taryel Məmmədovu döyərək cibindən pulunu götürüblər.
 
İstintaqla müəyyən edilib ki, Nurlan Hacımayılzadə bu ilin fevral ayında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 6,751 qram marixuana aşkar edilərək götürülüb.
 
Dəstə üzvləri Adəm Lətifov, Saleh Sadıqov və Taleh Mirzəyev Bakı-Qazax avtomobil yolunun Sahil qəsəbəsi ərazisindən keçən 38-ci kilometrində sürücü Tariel Məmmədovun idarə etdiyi “Şaqman” markalı yük avtomobilini saxladıqdan sonra əvvəlcədən razılaşdıqları kimi, onun üstünə hücum çəkərək qarın nahiyəsinə və sifətinə yumruqla zərbələr endiriblər. Yük maşınının sürücüsünün cibindən götürdükləri 400 manat pulu öz aralarında bölüblər.
 
“Aygün” əvvəllər xuliqanlığa görə 1 il islah işləri ilə cərimələnib. O, hadisə ilə bağlı danışaraq deyib ki, daim yol kənarında dayanıb yük maşını sürücüləri ilə cinsi əlaqədə olub və 10-15 manat alıblar: “Bir həftə idi müştəri yox idi, pulumuz qurtarmışdı. Məsləhətləşib belə bir iş görmək qərarına gəldik. Elə 10 dəqiqə sonra “KamAz” dayandı, sürücü düşüb ayaqyoluna getdi. Mən də yaxınlaşıb iradımı bildirdim, məni söydü. Əsəbləşib qarnından təpiklə vurdum, yerə yıxıldı. “Banu” gəlib onun cibindən pulunu götürdü. Sürücü durub üstümüzə gəlirdi. Bu zaman “Pəravə” ilə “Hulya”ya dedim ki, ona daş atın. Daşlar maşına dəydi, sürücü qorxub geri qayıtdı. Biz də taksiyə oturub şəhərə gəldik. Pul 400 manat idi, aramızda böldük. Xocasən yolunda müştəri gözləməyə başladıq”.
 
Bu hadisə ilə yanaşı narkotik istifadə etdiyi üçün də ittiham edilən Nurlan Hacımayılzadəni isə dostları “Pərvanə” adlamdırır: “Bundan əvvəl “Papanin”də tanımadığı adamdan 40 manata 2 kibrit qutusu marixuana aldım, səhəri gün polis gəlib məni tutdu”.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Hacımayılzadə 6 il, Adəm Lətifov 5 il 3 ay , Saleh Sadıxov 5 il, Taleh Mirzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.
 
Növbəti baxış iclası noyabrın 23-də keçiriləcək.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...