​Bakıda qayınana hamilə gəlinini döydü - Xəstəxananın ginekologiya şöbəsində

 
Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb
 
Turaninfo.Az "Report"a istinadən xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.
 
Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Загрузка...
Загрузка...