Bakıda qardaşın bacısını öldürməsinin səbəbi məlum oldu

Bu gecə Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsindəki fərdi yaşayış evində törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub.
Turaninfo.az Lent.az-ın məlumatına istinadən , 25 yaşlı gənc bacısı, 29 yaşlı İzzət Cavadovanı qısqanclıq zəminində qətlə yetirdiyi dəqiqləşib. Bəlli olub ki, İ.Cavadova əmisi oğlu, 32 yaşlı Vüsalla evlidir və onların bu nikahdan iki övladı var. Bir neçə gün əvvəl İ.Cavadova evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünüblər. Bir həftə sonra isə 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb.
 Bildirilir ki, İ.Cavadovanın həyat yoldaşı onunla boşanacağını deyib və övladlarının olduğunu, onların yetim böyüməməsini üstün tutduğunu söyləyib. Lakin İ.Cavadovanın kiçik qardaşı olan 25 yaşlı Samir onu öldürmək niyyətindən əl çəkməyib və evə gələrək bacısına 21 bıçaq zərbəsi endirib.
 Hadisə vaxtı araya girən V.Cavadov da bir bıçaq xəsarəti alıb.
 Faktla bağlı araşdırmalar davam etdirilir.