Bakıda qar xəbərdarlığı - Yollar buz bağlayacaq

 
 
Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə tapşırıqlar verib.
 
Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
 
O bildirib ki, daşıyıcı şirkətlərə sərnişindaşımada istifadə edilən avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb. Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücüləri meteoroloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən edilən sürət həddinə ciddi əməl etməlidirlər.
 
N.Allahyarova, həmçinin qeyd edib ki, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməsinə yol verməmək üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb.

Загрузка...
Загрузка...