Bakıda `Porshe` avtobusla toqquşdu - FOTOLAR

Bu gün Bakıda yol qəzası baş verib.
AzVision.az-ın məlumatına görə, hadisə günorta saatlarında “İnşaatçılar” metrostansiyasının yaxınlığında qeydə alınıb.
Şahidlərin sözlərinə görə, “Nissan” markalı avtomobil “Porshe” markalı maşını vurub. Nəticədə “Porshe” 77 saylı marşrut avtobusu ilə toqquşub.
Hadisə zamanı hər iki minik avtomobilinə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.