Bakıda polis ağır qəza törətdi: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 Lent.az-ın məlumatına görə, Əmircan qəsəbəsində Suraxanı rayon Polis İdarəsinə məxsus olan 90 AP 597 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" yolu keçmək istəyən 15 yaşlı oğlanı vurub. Ağır xəsarət alan məktəblinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.