​Bakıda peşəkar oğru ələ keçdi – Eyni cinayəti 44 dəfə törədibAraşdırmalar davam etdirilir

 
Bakıda oğurluqla məşğul olan şəxs ələ keçib. Avtosfer.az DİN-ə istinadən xəbəbr verir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da Bakı şəhər sakini Rasim Vəliyevə məxsus mağazadan 24 ədəd mobil telefon, 2 ədəd noutbuk və yaddaş kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahin Hacıyev tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 31-dən noyabrın 22-dək olan müddətdə daha 3 mağazadan və 6 evdən pul, ərzaq məhsulları, tütün məmulatı, təmir-tikinti alətləri, 20 ədəd mobil telefon və aksessuarlarını oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.

Загрузка...
Загрузка...