Bakıda oğruları tutmaq üçün ƏMƏLİYYAT

Bakının Nəsimi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinion 20-ci polis bölməsinin əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Aslan Kərimov tutulub. O, Bakıda iki nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinir.
Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən paytaxt sakini olan bir nəfərə məxsus evdən mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ağasəməd Zabirli tutulub.
Hacı Zeynalov ()

Загрузка...
Загрузка...