Bakıda nurçu məmurlar əndişə içində - Yeni dalğa gəlir...

 
 
Amerika casusu olduğu heç şübhə doğurmayan Fətullah Gülənin Türkiyədəki şərəfsiliyinin ardından rəsmi Ankaranın gülənçilərə qarşı başlatdığı təqib dalğası Bakıda da özünü nəzərə çarpdıracaq
 
Bu barədə dia.az-a məlumatlı mənbədən informasiya verilib.
 
Qeyd edək ki, gülənçi şəbəkəyə qarşı rəsmi Bakı hələ bir neçə il əvvəlindən tədbirlərini görməyə başlayıb və çox ciddi fiqurlar bu üzdən mövqeləri ilə vidalaşmalı olublar.
 
Bu arada qardaş Türkiyədən belə bir açıqlama da gəldi ki, gülənçilər Türkiyədə yaşnılan 15 İyul hadisələrinin bənzərini digər bir türk respublikasında - Qırğızıstanda da planlayırlar. Bunun ardından isə Qırğızıstan tərəfi Ankaradan dəlil-sübut istədi və istəyə əməl olunaraq Türkiyədən konkret sübutların yer aldığı materiallar Bişkekə göndərildi.
 
İndi isə Bakıda da gülənçilərlə bağlı araşdırmaların aparıldığını qeyd edən mənbə dia.az-a açıqlamasında iddia edir ki, bununla əlaqədar Azərbaycandakı nurçu cameəsi ciddi əndişə içindədir: "Onların Azərbaycanda hələ də məktəbləri, restoranları və biznesləri var. Ona görə narahatdırlar".