Bakıda növbəti avtobus qəzası: yaralılar var

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Turaninfo.az Lent.az-ın məlumatına istinadən, Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa yolunda "Daewoo" markalı, 10 TC 713 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə "Daewoo Damas" markalı avtomobili toqquşub. Nəticədə 56 yaşlı kişi və 38 yaşlı qadın, eləcə də 3 və 1 yaşlı iki oğlan uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.