Bakıda nasosxanada faciə

Baxış sayı: 
126
0  
0  

Bu gün Bakı şəhərinin Suraxanı rayonunda yerləşən nasos stansiyalarından birində ölüm hadisəsi baş verib.
Suraxanı Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsindəki su nasos stansiyasında 1956-cı il təvəllüdlü Nuriyev Rafael Mikayıl oğlunun meyitdi tapılıb. İlkin araşdırma zamanı meyit üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.
Nasos stansiyasının əməkdaşı olan R.Nuriyevin ürək xəstəliyindən vəfat etdiyi bildirilir.

Загрузка...
Загрузка...