Bakıda müştəridən zorla 45 manat aldılar

Baxış sayı: 
170

Bakıda fəaliyyət göstərən COCO mağazasında xanımı məcburi şəkildə 45 manata broş almağa məcbur edib, buna görə onu zorla mağazada saxlayıblar.
 
Bu barədə Axar.az-a Azad istehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, hadisə Bakıda 28 may küçəsində fəaliyyət göstərən COCO adlı bijuteriya mağazasında baş verib.
 
Belə ki, mağazada yaranmış sıxlıq zamanı müştəri Lalə Qazıbəyovanın 4 yaşlı oğlu bilmədən dükandakı manikenə toxunub və onu aşırıb. Bu zaman manikenin əynindəki pencəyin yaxasına sancımış 15 ədəd rəngli kiçik bəzəyi olan broş yerə düşüb. Zərbədən broşun üzərində olan 2 qaş qopub.
 
Mağazanın satıcıları buna L.Qazıbəyovanı günahlandırıb və mağazaya dəymiş zərəri ödəməmiş onları buraxmayacaqlarını bildiriblər. Satıcılar boruşun üzərindən düşən iki qaşa görə müştəridən 45 manat pul tələb ediblər.
 
Müştəri kişik oğlu ilə birlikdə olduğu üçün uşaq daha da qorxmasın deyə məcburiyyət qarşısında 45 manatı ödəyib və iki qaşını düşürdüyü broşu alıb.
 
Hadisədən bir gün sonra müştərinin valideyni mağazadan qızına 45 manata satılan broşun qiymət sənədini və üzərindən düşən iki plastmas qaşın qiymət sənədini tələb edib. Lakin satıcılar belə sənəd olmadığı üçün verə bilməyib və pulu geri qaytarmayıblar.
 
Şikayətçi istehlakçı hüquqlarının qorunmasına və məcburi qaydada ona ödətdirilən 45 manatının geri qaytarılması üçün kömək istəyir.

Загрузка...
Загрузка...