Bakıda məscidin həyətini zəbt etmək istədilər, dindarların cavabı gözlənilməz oldu – VİDEO

Baxış sayı: 
236
0  
0  

Bakının Günəşli qəsəbəsində yerləşən məscidin həyətinə qum və daş tökülüb. Bunun kimlər tərəfindən həyata keçirildiyi bilinmir.
Minval.info xəbər verir ki, bu barədə Suraxanı rayon sakini Rza Kərimov məlumat verib.
Bu gün cümə günü olduğundan inanclılar həmin ərazidə yerləşən “Xanım Zəhra” məscidinə toplaşıblar. Onlar ibadət evinin həyətinə qum və daşların töküldüyünün şahidi olublar.
Rza Kərimov bildirib ki, bununla məscidin  həyətini zəbt etmək üçün belə bir addım atıblar: “Məscidin ərazisini hasara almaq istəyiblər. İbadət evinə gələn dindarlar həyətdə olan qum və daşları oradan daşıyıblar”.
Xatırladaq ki, ötən il Günəşli qəsəbəsində yerləşən məscid ətrafında baş verənlər bir müddət gündəm mövzusuna çevrilmişdi. Belə ki, ibadət evinin ərazisinin kimlərinsə tərəfindən ələ keçiriləcəyi barədə xəbərlər yerli mətbuatda dərc olunub. Vəkil Cavad Cavadov bununla bağlı hüquqi fikirlərini bildirib və demək olar ki, bütün saytlar məsələni işıqlandırıb. Eyni zamanda, məscidin axundu Hacı Ramil Bədəlov mövzu ilə əlaqədar çıxışlar edib. Ardınca ilahiyyatçı müvafiq qurumlara çağırılıb və ona məsələnin həll olunacağı bildirilib.
S.M
 

Загрузка...
Загрузка...