Bakıda məsciddə biabırçı OĞURLUQ - FOTO

 

 
Bu gün cümə namazı zamanı məscidə oğurluq olub.
 
Missiya.Az xəbər verir ki, biabırçı hadisə Yasamal rayonunda yerləşən «İlahiyyat» məscidində baş verib.
 
Cümə namazında çox sayda dindar iştirak edib. İnsanların namaz qılmasından istifadə edən namalum şəxs, məscidə namaza gələn şəxslərdən birinin ayaqqabılarını oğurlayıb. Belə ki, ayaqqabları aparan şəxs onun yerinə köhnələrini qoyub.
 
Hadisə yerinə yığışan dindarlar nəzarət məqsədi ilə məscidə kameraların quraşdırıldığını qeyd edərək ona baxılmasını təklif edib. Zərərçəkən isə ayaqqabılarının səhvən aparıldığına ümid etdiyini deyib.
 
Hadisə ilə bağlı araşdırma aparılır.