​Bakıda möhtəşəm taksi – İçi diskotekaya oxşayır - VİDEO

 
Hüseyn adlı sürücünün idarə etdiyi taksi müştəriləri təəccübləndirir
Bakıda qeyri-adi taksi fəaliyyət göstərir. Avtosfer.az-ın məlumatına görə, taksinin salonunda gördükləri mənzərə müştəriləri əməlli-başlı təəccübləndirir. Hüseyn adlı sürücünün idarə etdiyi taksinin salonunda müxtəlif işıq effektlərindən istifadə edilir və burada sərnişinlərə fərqli içkilər, su, kofe təqdim olunur. Avtomobilin salonunun dizaynı diskotekanı xatırladır.
Xanım müştərilərdən biri gördüklərindən təəccüblənərək bu görüntüləri qeydə alıb və sosial şəbəkələrdə paylaşıb. Avtosfer.az həmin görüntüləri təqdim edir: