​Bakıda mitinq hazırlığı

 
 
Bakının 9-cu mikrorayon ərazisində yerləşən “Kristal” MTK ilə sakinlər üz-üzə qalıb
 
Bu barədə sakinlərin Politika.Az-a verdiyi məlumata görə, əhali qışın sazağında mənzillərində donur və rəhbərlik heç bir addım atmır.
 
Sakinlər qeyd edirlər ki, onlara evlərinə kombi çəkməyə icazə verilmir, həyətdə tikilən qazanxanadan isə isti su od qiymətinə satılır.
 
Şikayətçilər yazırlar ki, isti suyu 1m3 kubu 2,4 manatdan hesablanır. Hətta balkon və divarın altın da hesablamaqla hər kvadratmetr üçün 80 qəpik kommunal alınır.
 
Bu isə o deməkdir ki, 100 kvadratmetrlik mənzili olan mülkiyyətçi ayda 150-160 manat kommunal ödəməlidir.
 
Sakinlər “Kristal” MTK rəhbərliyinə dəfələrlə şikayət etsə də, məhəl qoyan olmayıb. Onların sözlərinə görə, yuxarıdakı hesablamaları ümumiləşdirəndə aya 78 300 manat yığılır. Amma şirkət nə vergi ödəyir, nə hökuməti sayır.
 
Şikayətçilər Politika.Az-a bildiriblər ki, həftənin bazar günü toplaşıb aksiya keçirməyə hazırlaşırlar. Çünki “Azərsu” ASC şirkətlə birləşib isti suyu 1m3 2 manata satır.
 
 
Bu binalar metronun “Memar Əcəmi” stansiyası yaxınlığında, “Favorit” marketin üstündə yerləşir. Sakinlər bildirirlər ki, bazar günü problemlə əlaqədar mitinq keçirəcəklər.
 
Şirkətlər evi tikib satırlar, sonra da camaatı müxtəlif kommunal xərclər adı altında soyurlar. O deyib ki, kommunal xərclər üçün yığılan məbləğin həddən artıq çox olması ciddi narahatlıq yaradıb. Bu məsələ parlamentdə də qaldırılıb.
 
Bununla bağlı kifayət qədər şikayətlər daxil olur. Hazırda Azərbaycanda mənzil fondu ya MİS-lərdədir, ya da müxtəlif şirkətlərin əmlakı kimi tanınan, əslində isə vətəndaşlar tərəfindən alınan evlərdədir. MİS-ə ödəmələr bank yolu ilə aparılır və tariflər də çox aşağıdır.
Amma son vaxtlar özəl şirkətlərin tikib satdığı evlərin idarə olunması ilə bağlı şikayətlərin sayı artır. Gileylənirlər ki, şirkətlərdən alınan evlərdə kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə pulu səviyyəsində xərc çıxır.