Bakıda metroya yağış “yağdı” – Video

 
Dünən metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik" stansiyasına keçid tunelində vaqonların su axınına rast gəlməsi və suyun vaqonların içinə axdığı ilə bağlı görüntülər yayılıb.
 
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev Axar.az-a məsələ ilə bağlı bildirib ki, buna səbəb sözügedən ərazidə tunelin üstünün asfalt olmamasıdır:
 
“Tunelin yuxarı hissəsi torpaq olduğundan, son günlər yağan yağış suları buraya yığılıb və yerə hopub. Həmin hissədən də tunelə su sızıb. Bu görüntülərdə su metronun yuxarısından sızır. Burada sel, subasma hadisəsindən söhbət gedə bilməz. Sadəcə, bir sızıntı var idi və əməkdaşlarımız həmin problemi artıq aradan qaldırıb. Bu metroda ilk hadisə deyil. Metroda tuneldə bu kimi halların olması rast gəlinəndir”.
 
Qeyd edək ki, Big.az saytı ötən gün axşam saatlarında metronun “Nəriman Nərimanov” stansiyasından “Gənclik” stansiyasına keçid tunelində su sızıntısının videosunu yayıb.

Загрузка...
Загрузка...