Bakıda metronun qarşısında qanlı olay: Ölən var

Bu gecə Bakıda qətl hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, gecə saat 2 radələrində Məhəmməd Hadi küçəsi 68A ünvanının yaxınlığında, metronun "Həzi Aslanov" stansiyasının qarşısında bir qrup şəxs arasında dava-dalaş olub.
Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. M.Nurullayev hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.