Bakıda maşın yolun ortasında alışdı - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
 Axar.az xəbər verir ki, Dərnəgül şossesinin “Koroğlu” metrosu yaxınlığında hərəkət edən 10 RG 994 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobil qəfildən yanmağa başlayıb.
 Yanğına səbəb avtomobilin mühərrikindəki nasazlıq olub.
 Yol polisi əməkdaşlarının yardımı ilə yanğının qarşısı alınıb.