Bakıda mağazadan 120 min manatlıq qızıl oğurlanıb

Bakıda mağazadan külli miqdarda qızıl oğurlanıb.
 Musavat.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Natavan Tağıyevaya məxsus mağazadan oğurlanan qızıl 120 min manat dəyərindədir. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Ağdam rayon sakinləri Bəhruz Hüseynov və Pərviz Paşayev tutulublar.
 Faktla bağlı araşdırma aparılır.