Bakıda kişi qonaq getdiyi evdən oğurluq etdi

Bakıda mənzildən oğurluq edilib. Musavat.com xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.
Musavat.com xəbər verir ki, qəsəbənin Zərdabi küçəsində yaşayan 1951-ci il təvəllüdlü Zinyət Kərimova polisə müraciət edərək mənzilindən nağd pul və qızıl-zinət əşyalar oğurlandığını bildirib.
Z.Kərimova bildirib ki, oğurluğu evində qonaq olan Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Vitali İşevski edib. Qadın evindən 2000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlandığını bildirib.
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdrəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.