Bakıda keçmiş məhkumu evində öldürdülər

Bakıda qətl törədilib. Musavat.com-un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Vasif Əliyev küçəsində baş verib.
Əvvəllər məhkum olunmuş 41 yaşlı Mirzə Hüseynovun meyiti tək yaşadığı evdə aşkarlanıb. Meyiti qonşular tapıblar və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.
Qeyd edək ki, 41 yaşlı Mirzə Hüseynov Masallı rayon sakinidir. Qohumlarının Musavat.com-a verdikləri məlumata görə, Mirzə Hüseynovun yaşadığı evdə kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Onun əvvəldən kimlərləsə ədavətinin olduğu ehtimal edilir.
Yasamal rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.