Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışda (Qiymətlər)

17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışa çıxarılıb.
Turaninfo.az "Report"un məlumatına istinadən, qiymətlər 1, 2 və 10 manatdır.
Biletləri "28 Mall" Ticarət Mərkəzi, "Park Bulvar" Alış-Veriş Mərkəzi, 8-ci km stadionunun kassası, "Bakcell" müştəri xidməti (Ü.Həcibəyli, 48), Baki Olimpiya Stadionunun kassası (aprelin 13-dən) “Qarabağ” stadionunun kassası (aprelin 13-dən) və "Gənclik Mall" Alış-Veriş Mərkəzindən (aprelin 17-dən) əldə etmək mümkündür.
Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda keçiriləcək.