Bakıda kasıblar da ev ala biləcəklərmi? - BAHALAŞMA ANONSU

Baxış sayı: 
470
0  
0  

 
 
Mənzil bazarında son 3-4 illə müqayisədə qiymətlər artıb. 3-4 il bundan öncə müxtəlif mənzil- tikinti korportivlərində satış qiymətləri 1 kvadratmetrə görə 650 manatdan başlayırdı. 2 ildir ki, davam edən infilyasiyanın təsiri və manatın ucuzlaşması nəticəsində kvadratmetrə görə qiymətlər artıb. Lakin bu ilin əvvəlləri ilə müqayisədə bazarda qiymətlərdə azalma müşahidə edilir. Bu ilin fevralında bir kvadrata görə 1390 manat ödəniş tələb edən MTK-lar hazırda kvadrata görə 1260-1300 manat məbləğ təyin ediblər.
 
“Kristal Abşeron”un Yeni Günəşli layihəsində bu ilin fevralında bir kvadrata görə 1390 manat qiymət təklif olunmuşdusa, hazırda mərtəbələrdən asılı olaraq qiymətlər 1260-1300 manat arasında dəyişilir. Nağd satışa görə isə qiymətlər kvadratmetr üçün 1200 manatdan hesablanır. Şirkətin Xırdalanda yerləşən kompleksi üçün 1 kvadratmetrə görə qiymətlər 1230 manatdan başlanır. Növbəti ilin martında hazır olacaq, 25 illik kreditə verilən, təmirli təhvil veriləcək Şərifzadə layihəsində tam təmirli mənzilin 1 kv.m.-1620 AZN-ə təklif olunur. Layihənin 1 otaqlı, 45 kvadrat metrlik mənzili üçün ilkin ödəniş 14 580 AZN, aylıq ödəniş isə 413 AZN-dir. 2 otaqlı, 77.2 kvadrat metrlik mənzil üçün ilkin ödəniş 25013 AZN, aylıq ödəniş isə 708 AZN-dir. Adıçəkilən layihədə 3 otaqlı 102.5 kvadratmetrlik mənzil üçün ilkin ödəniş 66 050 AZN, aylıq ödəniş isə 707 AZN-dir.
 
Bu ilin sonunda təhvil veriləcək, 25 illik kreditlə təklif olunan 8 MKR layihəsində isə 1 otaqlı 42.7 kv.m mənzil üçün ilkin ödəniş 13 323 AZN, aylıq ödəniş 377 AZN tələb olunur. 8 MKR layihəsində 1 otaqlı 42.7 kv.m mənzil üçün ilkin ödəniş 13 323 AZN,  aylıq ödəniş isə 377 AZN-dir.
 
İlin sonunda təhvil veriləcək “Memar Əcəmi” layihəsində 1 kvadratmetrin qiyməti 1580 AZN-dir. 2 otaqlı 77.9 kvadratmetrlik mənzil üçün ilkin ödəniş 24 305 AZN, aylıq ödəniş üçün 687 AZN tələb olunur. Bayıl layihəsində 3 otaqlı 115.2 kv.m mənzilin ilkin ödənişi 72 530 AZN, aylıq ödənişi isə 707 AZN-dir. “Kristal Abşeron”un Yeni Günəşli layihəsində mansard mərtəbədə 1 otaqlı, 34.8 kv.m mənzil üçün İlkin ödəniş -6 647 AZN, aylıq ödəniş isə 188 AZN təşkil edir. Qara Qarayev layihəsində 1 otaqlı, mansard mərtəbədə yerləşən 34.7 kvadrat metrlik mənzilin ilkin ödənişi 8121 AZN, Neftçilər layihəsində, 1 otaqlı 43 kvadratmetrlik mənzilin ilkin ödənişi 11547 AZN-dir. Növbəti ayda təhvil veriləcək Memar Əcəmi layihəsində isə 1 otaqlı 50.1 kvadratmetrlik mənzilin İlkin ödənişi 15631 AZN-dir. “Melissa Park”da ayda 250 manat ödəməklə sahəsi 27,1 kvadratmetrlik olan 1 otaqlı təmirsiz mənzil əldə etmək olar. İlkin ödəniş 7650 AZN, ayda cəmi 373 AZN ödəməklə hazır binadan mənzilə sahib olmaq mümkündür. Burada mənzillərin 1 m2 qiyməti mərtəbədən aslı olaraq dəyişir. Azadlıq layihəsində isə kvadrata görə qiymətlər 1400 manatdan başlayır. Mənzilin alış-satış bazarında cüzi olaraq qiymətlər aşağı düşsə də, kirayə bazarında kifayət qədər bahalaşma var. Kirayə bazarında yerindən asılı olaraq qiymətlər qalxıb. Bir neçə ay öncə 300 manata təklif edilən kirayə evin qiyməti hazırda 350 manatdır.
 
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Cebhe.info-ya açıqlamasında mənzilin alış-satış və kirayə bazarında qiymətlər haqda danışıb:
 
“Ötən il olduğu kimi cari ildə də yəqin ki,  qiymətlərdə dəyişiklik olacaq. Payız mövsümü ilə əlaqədar olaraq kirayə bazarlarında qiymət artımı müşahidə edilib. Xüsusən də 1-2 otaqlı mənzillərdə 10-14 faiz artım qeydə alınıb. Mənzillərin alış-satış bazarında isə qiymət artımı müşahidə edilmir. Yəqin ki, oktyabr və noyabr aylarında az da olsa, qiymət artımı müşahidə ediləcək. Lakin bu dəfəki, qiymət artımı ötən illərdən 2 dəfəyədək az olacaq. Öncələr payız mövsümündə 6 faizədək qiymət artımı olurdu. Öncəki illərdə banklar tərəfindən mənzil bazarında müəyyən qədər vəsait buraxılırdı. Lakin bu vəsait bu il demək olar ki, kifayət qədər məhduddur. Ola bilər ki, bu il mənzillərin alış-satış bazarında 3-4 faiz artım olsun”.
 
Ekspert Azərbaycan İpoteka Fondunun tələb olaraq qoyduğu 20 faiz ilkin ödəniş məsələsinə də münasibət bildirib: “Təbii ki, 20 faizin azaldılması məsələsi məqsədəuyğun olardı. Lakin nəzər yetirmək lazımdır ki, bazar buna hazırdır, ya yox. İqtisadiyyatda belə bir qayda var ki, pulu olmayan insanlarla şərikli iş qurmazlar. Vətəndaşın ilkin ödənişi etməyə 5 min manat vəsaiti yoxdursa, götürdüyü krediti verməyi də risklidir. Lakin ölkədə vəziyyət stabilləşdikdən, insanların iş yerlərini itirmək ehtimalı sıfıra bərabər olduqdan sonra təbii ki, banklar və İpoteka Fondu Avropa ölkələrində olduğu kimi ilkin ödənişi tədricən aradan qaldıracaq”.
 
Mənzil İnşaatı Dövlət Agentliyi bu daşınmaz əmlakların bir qismini güzəştli təbəqə üçün nəzərdə tutub. Digər qismi isə ümumilikdə mənzil alış-satış bazarına çıxarılacaq. Eskpert Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən ümumi bazar üçün satışa çıxarılacaq mənzillərin qiymətlərinin digər şirkətlərlə müqayisədə daha sərfəli ola biləcəyini ehtimal edir: “MİDA-da tikintinin bir hissəsi investorların şəxsi vəsaiti hesabına aparılır. Müqavilə şərtlərində yazıldığı kimi mənzillərin müəyyən hissəsi MİDA-nın tələblərinə uyğun, digərlərinin isə bazara uyğun şəkildə satışa çıxarılsın. Bu məsələ investorların marketinq siyasətlərindən asılı olacaq. Ehtimal var ki, burada qiymətlər daha ucuz olsun”.
 
 
Nigar Məhərrəm
Cebhe.info

Загрузка...
Загрузка...