Bakıda işıqfor işləmədi, 4 maşın toqquşdu — VİDEO

 
Sürücülər belə qəzaların səbəbkarı kimi işıqforlara nəzarət edən qurumu görürlər. Rəsmilər isə hər bir halda sürücünün təqsirkar olduğunu bildirir.
 
İşıqfor işləmədiyindən 4 avtomobilin iştirak etdiyi zəncirvari qəza baş verib. Ötən gün Nərimanov rayonu ərazisində Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verən bu qəza, işıqforun işləməməsi halında baş verən hadisələrdə günahın kimdə olduğu məsələsini gündəmə gətirir.
 
Ölkə.Az xezerxeber.com-a istinadən bildirir ki, Bakı şəhər baş dövlət yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov belə qəzalarda məhz sürücülərin günahkar olduğunu bildirir. Çünki yol hərəkəti qaydalarına görə işıqfor işləmirsə bu zaman sürücülər yol hərkəti nişanlarına tələblərinə görə hərəkət etməlidir. Əgər həmin nişanlarda yoxdursa bu zaman sağdan hərəkət edən avtomobillərə üstünlük vermək lazımdır. Bundan başqa sürücülər pis hava şəraitində nizamlanmayan yol ayrıcını təhlükəsiz şəkildə keçmək üçün digər tərəfdən gələn maşınlara yol versə yaxşıdır.
 
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, işıqfor işləməyə bilər bu normal haldır. Amma bəzəndə yolun bir tərəfində işıqfor işləyir digər tərəfində isə yox. Bu isə qəzaları qaçılmaz edir.
 
Belə olduqda isə hətta sürücülər məsələnin araşdırılması üçün iddia ərizəsi ilə məhkəməyədə müraciət edə bilərlər.