Bakıda hər üç qızdan biri... - AÇIQLAMA

 
“Bakıda reproduktiv dövrdə  qızların 30 faizi, yəni hər 3 qızdan 1-i ailə qurmur”.
 
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Mama-ginekologiya kefedrasının müdiri Elmira Əliyeva deyib.
 
Onun sözlərinə görə, qızların gec ailə qurması ana ölümü riskini artırır: “Bakıda qızlar əsasən 30 yaşdan sonra ailə qururlar. Lakin bilməliyik ki, 35 yaşda ailə quran qızın xroniki xəstəliklərə meylliliyi və qeysəriyyə riski artır. Bu da reproduktiv sağlamlığa təsir edən amildir. Gec ailə quran qızlar qrupunda  ana ölümlərinin riski böyük olur”.