Bakıda həmcinslərini Dubaya aparıb satan qadın həbs edildi

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə Mayıl Bayramov sədrlik edib.
 
Prosesdə hökm oxunub. Hökmə görə, N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
 
Qeyd edək ki, N.İbrahimli qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə apararaq cinsi istismara məruz qoymaqda ittiham olunub.