Bakıda gəncə "sexs tələsi": "Qız intim videomu profilimdə paylaşdı" - İnanılmaz TƏFƏRRÜAT

Baxış sayı: 
856

Azərbaycanda hər kəsi şoka salan hadisə baş verib.
 
AMİA.AZ xəbər verir ki, gənclərdən biri (adını etik qaydalara görə açıqlamırıq) sosial şəbəkələrdə istifadəçilərini intim videogörüntüləri ilə şantaj edən cinayətkar qrupun «tələsinə» düşüb.
 
22 yaşlı oğlan əməkdaşımızla söhbətində bildirib ki, «facebook» vasitəsi ilə görüntülü zəng vuran qız bir müddət danışdıqdan sonra intim söhbətlərə başlayıb.
 
«Mən qızın hiyləsinə aldanaraq, kameranın qarşısında qeyri-etik hərəkətlər etməyə başladım. Qızın məni lentə aldığından xəbərsiz idim. Bir neçə dəqiqə sonra o, kameranı söndürdü. Məndə heçnə olmamış kimi öz işlərimlə məşqul olmağa başladım. Sən demə oyun qabaqda imiş. İki-üç saatdan sonra həmin profildən bir mesaj aldım. Qız ingilis dilində yazmışdı ki, əgər mənim hesabıma 500 dollar köçürməsən, sənin intim videonu paylaşacam».
 
Gəncin sözlərinə görə, birinci dəfə qızın yazdıqlarına inanmayıb və əhəmiyyət verməyib. "Amma yanılmışam. Bir neçə dəqiqə keçdikdən sonra qız mənə açıq-saçıq hərəkətlər etdiyim videonu atdı. Mən dəhşətə gəldim. Qız yenidən pul tələbini təkrarladı. «Yox» dedikdə isə qız əlaqəni kəsdi. Düşündüm ki, söhbət bağlandı".
 
Oğlan hadisənin üzərindən bir gün keçdikdən sonra dostunun ona zəng edib, həyəcanlı formada təcili şəxsi «facebook» profilinə baxmasını tələb edib.
 
"Dostum mənə dedi ki, profilində bir video var. Qohumlar, tanışlar görməmiş onu tez sil. Mən profilimə baxdıqda şoka düşdüm. Elə bil bir anlıq öldüb-dirildim. Bədənimə soyuq tər gəldi. Qız mənim intim videomu «facebook» səhifəmdə paylaşıb. Videonu təcili sildim. Amma kimin baxıb-baxmadığını bilmədim. Çox pis oldum. Biabır oldum. Birdə tanımdığım adamın dostluğunu qəbul etmərəm".
 
Gənc sonda oxuculara məsləhət də verdi. "Mən bütün sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, belə fırıldaqçıların tələsinə düşməsinlər. İstifadəçilər tanımadıqları insanları, xüsusilə xarici qız profillərini dostluqlarına qəbul etməsinlər. Bunları sizə danışıram ki, belə cinayətkar qruplardan xəbəri olmayanlar oxusun".
 
Qeyd edək ki, belə "qurban" ların sayı artsa da hüquq-mühafizə orqanlarına müraciət edən şəxslər barədə məlumat yoxdur. Məlumata görə, şantaj edilən şəxslər polisə müraciət etdikləri halda cinayətkar şəbəkə üzvlərinin qıcıqlanıb, görüntüləri yaya biləcəyindən qorxur.
 
Amma bu şəbəkə ilə bağlı Britaniyanın Milli Kriminal Agentliyi (National Crime Agency) internetdə tanışlıqdan sui-istifadə edən və şantaj üçün bəhrələnən, “çılpaq şantaj ovu” adlanan prosesin genişləndiyini bəyan edib. Sadəcə Britaniyada son bir ildə bu cinayətkar şəbəkənin toruna düşən 4 nəfər intihar edib.
 
Onlar mütəxəssislərin “sextortion” adlandırdıqları şantaja, hədə-qorxulara dözməyiblər, rüsvay olacaqlarından qorxublar.
 
Elvin
Missiya.Az

Загрузка...
Загрузка...