​Bakıda dəhşətli qəza: İnsult keçirən sürücü piyadanı vurdu + 18 FOTOLAR

 
Bakının mərkəzində ağır yol qəzası baş verib.
 
Missiya.Az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Mətbuat prospekti 23 ünvanında baş verib.
 
Yolun "Azərbaycan nəşriyyatı" istiqaməti ilə hərəkət edən 90-ZC -452 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq piyadanı vurub. Hadisəyə səbəb kimi sürücünün sükan arxasında insult keçirməsi göstrilir.Vurulan piyadanın vəziyyəti olduqca ağırdır. Şəxsiyyəti hələlik müəyyənləşdirilməyən piyada başından zərbə alıb.
 
Hadisə yerinə polis və təcili tibbi yardım avtomobilləri cəlb edilib.