​Bakıda bu qadınları görsəniz, aldanmayın - VİDEO

Pul aldıqdan sonra yenidən orada dayanıb dilənməyə davam edirlər
Bu iki qadın (bir orta yaşlı, digəri isə gənc qız) əsasən "20 Yanvar" və digər metro stansiyalarının yaxınlığında duraraq, oradan keçən kişilərə: "Qardaş, səni bir dəqiqə olar? Yolda qalmışıq, evə gedə bilmirik, bizə bir manat pul verə bilərsən?" deyə müraciət edirlər.
Pul aldıqdan sonra yenidən orada dayanıb dilənməyə davam edirlər.
Turaninfo.az atv.az-a istinadən xəbər verir ki, onlar bir neçə adamdan pul alsalar da, yenidən başqa adamları tovlamaqda davam edirlər.
Sözügedən videonu təqdim edirik