​Bakıda BOMBA HƏYƏCANI - Dəmiryol vağzalı boşaldıldı - FOTOLAR (YENİLƏNİR)

Baxış sayı: 
182

Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.
O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.
Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib. (apa)
***
Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.
APA-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir.
Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.
***
Bakı Dəmir Yolu Vağzalına bomba yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə Teleqraf.com-un əməkdaşına ərazidəki polislərdən biri məlumat verib.
Bildirilib ki, Bakı Dəmir Yolu Vağzalı və ərazidə yerləşən ticarət mərkəzlərindəki insanlar təxliyə olunublar.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova baş verən hadisəni təsdiq edib: “Hazırda hadisə yerinə gedirik. Kimsə vağzala bomba qoyulması ilə bağlı xəbər yayıb. Məsələ araşdırılır".

Загрузка...
Загрузка...