Bakıda BMW satan şəxs aldadıldı - FOTO

Bakıda BMW markalı avtomobili satmaq istəyən şəxs aldadılıb.
Musavat.com-un məlumatına görə, hadisə Lökbatan qəsəbəsində baş verib.
Bakı sakini, 1983-cü il təvəllüdlü Rövşən Yusifov BMW markalı avtomobilini satarkən aldadılıb. Belə ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Coşqun adlı şəxs Rövşən Yusifovun etibarından sui-istifadə edərək, avtomobili 21 min ABŞ dollarına almağa razılaşıb.
Tərəflər alqı-satqı da ediblər. Bundan sonra da Coşqun adlı şəxs Nəsimi rayonu, Neftçilər prospektində həmin avtomobilə əyləşərək, razılaşılan pulu ödəmədən oradan uzaqlaşıb.
R.Yusifov hadisə ilə bağlı Qardağ Rayon Polis İdarəsinə müraciət edib.