Bakıda ananı döyüb, oğlunu bıçaqlayan şəxs tutulub

Bakıda ananı döyüb, oğlunu bıçaqlayan şəxs tutulub.
 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Bakı şəhər sakini Rəfiqə Həsənovanı döyüb və oğlu Vitalikə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş qohumu Rövşən Əhədov tutulub.