Bakıda ana ilə 8 aylıq qızı dəm qazından zəhərlənib, qızı ölüb

Bakı şəhərində dəm qazından ölüm hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə martın 18-də paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, 22 yaşlı Aysel Əsədova rayonun R.Allahverdiyev küçəsində yerləşən evində 8 alıq qızı Jasmin Əsədova ilə birgə dəm qazından zəhərlənib. Daha sonra qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, onun vəziyyəti ağır olaraq qalır. Lakin A.Əsədovanın 8 alıq qızı dəm qazından zənərlənərək vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.