​Bakıda ağır qəza “Ford” mağazanı darmadağın etdi — FOTOLAR

 
Bakının Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 90 VJ 815 nömrə nişanlı “Ford” markalı avtomobili idarə edən 18 yaşlı sürücü idarəetməni itirərək maşını yaxınlıqdakı mağazalardan birinə çırpıb.
 
Ölkə.Az xəbər verir ki, A24.Az-ın məlumatına görə, Elşən adlı sürücü iddia edib ki, qəza qarşısına çıxan piyadadan yayınmaq istəyərkən baş verib. Piyadanı vurmaqdan yayınmaq istəyən “Ford” əvvəll 10 CB 039 nömrəli VAZ 2107 markalı atomobillə toqquşub daha sonra isə mağazaya çırpılıb. Nəticədə mağaza tamamilə darmadağın olub.
 
Qəza nəticəsində heç kim xəsarət almayıb. Faktla bağlı Yol Polisi Xidmətinin Binəqədi rayonu şöbəsində araşdırma aparılır.