Bakıda adam dondu - soyuğun ilk qurbanı

 
Bakıda donmuş kişi meyiti tapılıb.
 
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin küçələrinin kəsişməsində qeydə alınıb.
 
Dəmiryol xəttinin kənarında 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb. Əraziyə polis əməkdaşları gəlib. İlkin ehtimala görə, meyiti tapılan tüfeyli həyat tərzi keçirən şəxs olub.
 
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Polisdən bildirilib ki, ilkin ehtimala görə, həmin şəxs donvurmadan ölüb.