Bakıda 76 yaşlı qadını amansızlıqla qətlə yetirən şəxslər tutulub

Bakıda 76 yaşlı qadını amansızlıqla qətlə yetirən şəxslər tutulublar.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədilə qətlə yetirilməsi müəyyən edilib və onlar tutulublar.
V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu və qızıl əşyaları təhvil veriblər.