Bakıda 6 mərtəbəli binada yanğın olub

Ötən gün həmin ünvanda yanğın baş vermiş və yanğının qarşısı alınmışdı.
Bakıda beşmərtəbəli binada yanğın
Bakının Xətai rayonunda, İzzət Orucova və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində 6 mərtəbəli qeyri-yaşayış binasında yanğın hadisəsi baş verib.Turaninfo.az-ın  ANS PRESS-ə istinadən  hadisə yerindən verdiyi məlumata görə, yağının baş verdiyi yerə FHN dövlət yanğından mühafizə briqadaları ilə yanaşı FHN-nin xüsusi tenikaları da cəlb edilib.
Yanğının miqyası böyüdüyündən Bakı Qarnizonuna 3-cu dərəcəli çağırış elan edilib və paytaxtın bütün hissələri həmin əraziyə cəmləşib. Bundan əlavə binanın yaxınlığında xüsusi qəragah da qurulmuşdu.

Hazırda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev Xətai rayon polis idarəsinin vəzifəli şəxsləri də hadisə yerindədir. Yanğınla əlaqədar Neftçilər prospektindən Nobel prospektinə gedən yolda hərəkət tam məhdudlaşdırılıb.  
Qeyd edək ki, ötən gün həmin ünvanda yanğın hadisəsi baş vermiş və yanğının qarşısı yanğınsöndürmə briqadaları tərəfindən alınmışdı.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Məlumata görə, ilk hadisədən sonra ərzidə novbəti yanğınsöndürmə maşını olsa da, onlar ərazini tərk edəndən təxminən 1 saatdan sonra növbəti yanğın xəbəri yayılıb.
Təxminən 3 saatdan sonra yanğın tam olaraq ram edildi. FHN-nin istintaq qrupu hadisə ilə bağlı araşırmalara başlayıb. Hadisə nəticəsində binanın birinci mərtəbəsində 230 kv.metr sahə, pilləkən qəfəsi, mərtəbələrdə divarlara vurulmuş taxta üzlüklər 340 kv.m sahədə və mansard hissəsinin isə 40 kv.metr  sahəsi yanıb. Bina özü isə 2520 kv.m sahəyə malik olub.