Bakıda 58 yaşlı qadın özünü qatarın altına atmaq istədi

Bakı metrosunda intihara cəhd hadisəsi baş verib.
Turaninfo.az Musavat.com-a istinadən  əldə etdiyi məlumata görə, martın 26-da "Qara Qarayev" metrostansiyasında yaşlı qadın özünü qatarın altına atmaq istəyib.
Qazax rayon sakini 1958-ci il təvəllüdlü Şirinova Məleykə Məhəbbət qızı saat 11:30 radələrində özünü qatarın altına atmaq istəyib. 58 yaşlı qadın qatarın ön şüşəsinə dəyib. Xoşbətlikdən o dəmir relslərinin üstünə düşməyib. Bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.