​Bakıda 37 yaşlı kişi özünü yandırdı

 
 
Bakıda 37 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.
 
Turaninfo.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu R.Axundov küçəsi 10 ünvanında qeydə alınıb.
 
Belə ki, 1979-cu il təvəllüdlü Fərzani Cəbrayılov üzərinə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. F.Cəbrayılov yanıq xəsarətləri alaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun dindirilməsi mümkün olmadığından intihara cəhd etməsinin səbəbləri bilinmir.
 
Qeyd edək ki, F.Cəbrayılov əvvəllər məhkumluq həyatı yaşayıb.