Bakıda 33 yaşlı kişi damarını doğradı
17-03-2018 15:21

Xəzər rayonunda bir nəfər ehtiyatsızlıqdan özünü doğrayıb.
Turaninfo.org “report”a istinadən xəbərinə görə, hadisə Binə qəsəbəsində baş verib.
“Südçülük Sovxozu” kimi tanınan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Həsənov Çingiz Məhəmməd oğlu alətlə – “laqonda” ilə dəmir kəsərkən ehtiyatsızlığa yol verib. Nəticədə o, qurşaq nahiyəsində şah damarını doğrayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.