Bakıda 31 yaşlı kişinin faciəli ölümü - Rayondan işləmək üçün gəlmişdi...

Bakıda avtomobil təmiri sexində faciə baş verib. Orada rəngsaz işləyən 31 yaşlı kişi ehtiyatsızlıq ucbatından dünyasını dəyişib.
Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, S.Orucov küçəsində yerləşən avtomobil təmiri sexində baş verib.
Belə ki, sexdə rəngsaz işləyən 1985-ci il təvəllüdlü Göyçay rayon sakini Teymur Əhmədov "Hyundai" markalı avtomobildə dəm qazından boğularaq, ölüb.
Məlumata görə, Teymur Əhmədov həmin sexdə bir müddət əvvəl işləməyə başlayıb. Gecə qalmağa yeri olmadığı üçün sexdə müştərilərdən birinə məxsus maşında yatıb. Hava soyuq olduğundan maşının mühərrikini yanırıb və qızdırıcını qoşub. Salona dolan qaz 21 yaşlı gəncin ölümünə səbəb olub.
Sexdə çalışanlar işə gələrkən T.Əhmədovun cansız bədəni ilə qarşılaşıblar.