Bakıda 21 yaşlı qız keçmiş əri tərəfindən qaçırıldı

 
Bakıda 21 yaşlı qız keçmiş həyat yoldaşı tərəfindən qaçırılıb.
 
Sputnik.az-ın  verdiyi məlumata görə, qəribə məhəbbət hekayəsi Bakının Sabunçu rayonunda baş verib.
 
16 oktyabrda naməlum şəraitdə 21 yaşlı Bakı sakini yoxa çıxıb. Sabunçu rayonu Polis İdarəsindən bildirilib ki, 12-ci Polis bölməsinə Məmməd Həsənov adlı şəxsin (1955-ci il) ərizəsi daxil olub. Şikayətçi iddia edib ki, onun qızı Könül (1995-ci il) bazar günü yoxa çıxıb. M.Həsənov qızının kim tərəfindən oğurlandığını bilmədiyini söyləyib.
 
İlkin araşdırmanın gedişatında qanun qoruyucuları aydınlaşdırıblar ki, Könül Həsənova öz keçmiş əriylə – Seyid Səlimovla qaçıb. Polis Səlimovu cinayət məsuliyyətinə cəlb etmək iqtidarında deyil. Amma polis əməkdaşları hadisə barəsində yaşlı atanı xəbərdar edəcək.