Bakıda 20 il əvvəl dünyasını dəyişmiş şəxsin adına etibarnamə verilib

Bakıda 20 il əvvəl ölən şəxsin adından etibarnamə verilib.
Bu barədə Nizami rayon prokurorluğuna şikayət daxil olub.
Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Nadir Əbdürrəhmanov müraciətində bildirib ki, 15 saylı notariat kontorunda 1995-ci il vəfat edən Anna Mixaylovna Noqdanovanın adından saxta etibarnamə verilib.
Nizami RPİ-də araşdırma aparılır. (“Qafqazinfo”)