​Bakıda 1 milyon manatlıq maşın sürən tələbə var - Foto

 
 
 
Bu gün Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Qaynarinfo.az-ın criminal.az-a istinadla verdiyi xəbərə görə, yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər.
 
"Lamborghini Aventador LP-740" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları (1 milyon manatdan baha) olduğu bildirilir. Maşının isə "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsus olduğu bildirilir.
 
Lakin iş adamı hələ 2 il bundan öncə  mətbuata açıqlamasında həmin maşının oğluna aid olduğunu inkar etmişdi.