Bakı sakini həyat yoldaşını döyərək öldürüb

 
Bakıda kişi arvadını döyərək ona ağır xəsarətlər yetirib. Hadisə Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 15/5 ünvanında qeydə alınıb.
 
Belə ki,1979-cu il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.
 
Məlum olub ki, D.Hüseynovanı əri 1974-cü il təvvəllüdlü Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.