Bakı-Quba yolunda avtobus minik avtomobili ilə toqquşdu, ölən və yaralananlar var - FOTO (YENİLƏNDİ)

Baxış sayı: 
116
0  
0  


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı-Qusar marşrutu ilə hərəkət edən 10–UZ–751 nömrəli Hunday markalı sərnişin avtobusu 90 LO 148 nömrəli Nissan markalı minik maşını ilə toqquşması barədə məlumat yayıb.

Agentliyin mətbut xidmətinin rəhbəri Nuridə Allahyarovanın Turaninfo.org -a verdiyi məlumata görə, 10–UZ–751 d/q nişanlı, Hüseyn Abbasov adlı fiziki şəxsə məxsus Hyundai County Bakı-Qusar marsrutu ilə hərəkət edən zaman Nissan Xtrail lə toqquşub.

“Marşrut xətti ilə hərəkət edən avtobus saat 8:00-da 28 nəfər sərnişinlə Avtovağzaldan çıxıb. "ANDT" MMC-dən daxil olan məlumata görə, sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola çıxıb. İlkin ehtimallara əsasən, Quba yolunun 142-ci kilometrliyində Nissan markalı minik maşınının sürücüsü yolun qaşınması və yüksək sürət səbəbi ilə idarəetməni itirərək qəza hadisəsi törədib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin daşımalarının tənzimlənməsi sektorunun müdiri Arif Məmmədov və "ANDT" MMC-nin rəisi Elnur Mahmudov hadisə yerində olublar. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib”.

***

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.

Hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...